Bahadur Həziyev (idmançı)

Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu.

Bahadur Həziyev
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 20 yanvar 1971(1971-01-20) (52 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib.

Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qubadlı rayon Gənclər və İdman idarəsi: Həziyev Bahadur Bahadur oğlu". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.