Bahadur Sepi Xaqan

Bahadur Sepi Xaqan (Çin dili: 莫賀咄可汗), (Rusca: Кюлюг-Сибир хан / Külüg Sibir Han) — 630-631-ci illəri arasında Qərbi Göytürk Xaqanlığını idarə edən xaqan. Bilgə Tardunun oğludur. Qərbi Göytürk Xaqanlığının qızıl dövrünü yaşadan Tonq Yabqu Xaqandan sonra taxta keçən Bahadur Sepi Xaqan, özündən gözlənilənləri gerçəkləşdirə bilməyəndə Nuşibi qolu tərəfindən üsyan başladıldı. Xaqan Tanq Xanədanından kömək istəmək məcburiyyətində qaldı, bir xanədan mənsubu ilə evlənmək istədiyini bəyan etdi. Üsyan dövründə xaqanın kim olacağı bəli olmadığı üçün dövlət güc itirdi. Üsyanın uğurundan sonra 631-ci idə Se-Yabqu xaqan elan edildi. Bundan sonra Altay Dağlarına qaçan Bahadur Sepi Xaqan, burada 631-ci ildə Nuşibi qolunun mənsubları tərəfindən tutularaq öldürüldü.