Bahar Dadaşova

Bahar Dadaşova (d.1983, 24 oktyabr)- riyaziyyat mühəndisliyi üzrə fəlsəfə doktoru, Texas A&M Universitetinin elmi işçisi.[1][2]

Bahar Dadaşova
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR Salyan, Kürkənd kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Riyaziyyat mühəndisliyi
Elmi dərəcəsi mühəndislik üzrə fəlsəfə elmləri doktoru
İş yeri Texas A&M Universitetinin Nəqliyyat İnstitutu
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti (bakalavr)
Novo Lissabon Universiteti (magistr pilləsi)
Madrid Politexnik Universiteti (doktorantura)
Tanınır Nəqliyyat qəzaları problemlərinin həll yolları sahəsində

Həyatı[redaktə | mənbəni redaktə et]

Bahar Dadaşova 1983-cü il oktyabrın 24-də Salyan rayonunun Aşağı Kürkənd kəndində anadan olub.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

Doğulduğu Salyan rayonunda tam orta məktəbi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olub. İstedadı nəzərə alınaraq universitetin xüsusi istedadlar qrupuna və tələbə elmi cəmiyyətinə cəlb olunub.[1]

2004-cü ildə bakalavr təhsilini qırmızı diplomla başa vuraraq Portuqaliyanın Novo Lissabon Universitetinin magistraturasına daxil olub. 2007-ci ildə magistratura təhsilini uğurla başa vuran Bahar Dadaşova təhsilini İspaniyanın Carlos III de Madrid Universitetinin doktoranturasında davam etdirib.[2]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Carlos III de Madrid Universitetində riyaziyyat mühəndisliyi ixtisası üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. Doktorant öz tədqiqatlarında yol qəzalarının başvermə səbəbləri və onların aradan qaldırılmasının optimal həll yollarını araşdırıb. Elmi nəticələri 2012-ci ildə dünyanın nüfuzli elmi nəşrlərindən olan “Elsevier” jurnalında dərc olunub. 2009-2014-cü illərdə İspaniyanın Madrid Politexnik Universitetində doktor assistenti kimi 5 il ərzində elmi-tədqiqatlarını davam etdirir.[1] 2014-cü ildə doktorluq elmi dərəcəsi üzrə dissertasiya işini, tərkibində təmsil olunan İspaniyanın nəqliyyat nazirinin, universitet rəhbərliyinin və başqa məşhur alim-professorların iştirakı ilə uğurla müdafiə edib. Gənc alimin tədqiqatları Amerika mütəxəssislərinin diqqətini cəlb edib və o, ABŞ-nin nüfuzlu Texas A&M Universitetinə dəvət alıb.[2]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Madrid Politexnik Universitetində 2009-2014-cü illərdə assistent kimi həm çalışmış, həm də elmi fəaliyyətini davam etdirmişdir. 2015-ci ildən Amerikanın Texas Universitetində dərs deməklə elmi-tədqiqat işlərini də davam etdirir.[1][2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Bahar Dadaşova: “Amerikalı tələbələrin qarşısında bir problem var: oxumaq, öyrənmək”[ölü keçid]
  2. 1 2 3 4 "Texas Universtetinin azərbaycanlı alimi mühüm tədqiqat üzərində işləyi". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.

İstinadlar[redaktə | mənbəni redaktə et]