Bahardan sonra gələn qış (film, 1989)

Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır.

Bahardan sonra gələn qış
Janr sənədli
qısametrajlı
Rejissor Vyaçeslav Mixaylov
Ssenari müəllifi Sirus Zindadel
Operator Nemət Rzayev
Bəstəkar A. Babayev
İstehsalçı "Rakurs" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1989
Texniki məlumatlar 2 hissə
562 metr
Rəng rəngli

Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.[1]

Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Sirus Zindadel
Rejissor: Vyaçeslav Mixaylov
Operator: Nemət Rzayev
Bəstəkar: A. Babayev

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 275
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı