Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bai Fanq Li (1913 və ya XX əsr, Çin – 2005, Tyantszin) yoxsul gənclərin oxumasına maddi yardım göstərməsinə görə məşhurdur. Lakin o milyonçu deyildi. Pulunu velotaksi sürməklə qazanırdı. Bai Fanq Li ümumilikdə 350 000 yuan vəsait bağışlamaqla 300dən artıq yoxsul gəncin oxumasına şərait yaratmışdır.[1]Bai Fanq Li Hebei vilayətində anadan olub, həyat yoldaşı və qızı ilə birlikdə yaşayırdı[2].
Bai Fanq Li | |
---|---|
Doğum tarixi | 1913 və ya XX əsr |
Doğum yeri | |
Vəfat tarixi | 2005 |
Vəfat yeri |
Onun yardımları 1987-ci ildən yəni 74 yaşında olarkən başlamışdır.Bu zaman o artıq işindən əl çəkməyi düşünürdü.
Uzun illər pedal çevirməklə pul qazanan Bai doğma şəhərinə qayıdir və bu zaman tarlada işləyən uşaqlar onun diqqətini cəlb edir.Qızindan uşaqların niyə məktəbə getmədiyini soruşur və qızı da onların çox yoxsul olduqlarını,oxumağa imkanlarının çatmadığını demişdi. təsirlənən Bai Fangli oradakı məktəblərə 5000 yuan yardım edir.Tezliklə o yenidən Tianjinə-öz işinə qayıdır.Bundan sonra o bütün qazandığı pulu ehtiyacı olan tələbələrə verir. Oğulları və qızları onu bu fikrindən daşındırmağa çalışsalar da Bai onların dediklərinə əhəmiyyət vermir.
Hər gün sübh tezdən işə gedib axşamın qaranlığında evinə qayıdar və gününə 20, 30 yuan qazanardı. Bai savadsız olduğu üçün həmişə təəssüflənmişdi və gələcək nəslin təhsillə irəliləyəcəyinə ümid edirdi.
Biraz sonra o daha çox yardım edə bilmək üçün dəmiryolu vağzalının yaxınlığında kiçik bir daxmaya köçür və burda 24 saat müştəri gözləyir.Sadə yeməklər yeyir, yırtıq paltarlar geyinirdi. 82 yaşında olarkən Bai övladlarını bir daha təəccübləndirir — o müxtəlif yerlərdən borclar alaraq təhsilə yardım fondu yaradır. Lakin o həyatına hələ də pedal çevirmeklə davam edirdi.Hər dəfə bu fonda pul verəndə yaşlı Bai uşaq kimi sevinirdi,yeni bir missiyanı başa vurduğunu düşünürdü.
2001-ci ildə Bai velotaksisi ilə Tianjinin Yao Hua orta məktəbinə gəlir və son qazandığı pulu da verdikdən sonra bundan artıq işləyə biıməyəcəyini bildirib. Bu səhnə qarşısında müəllimlər və şagirdlər göz yaşlarını saxlaya bilməyiblər.
2005-ci ildə Bai Fangliyə ağ ciyər xərçəngi diaqnozu qoyulur və həmin ilin Sentyabrın 23-də vəfat edir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |