Bakı Özəl Türk Liseyi — 1992-2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərmiş özəl təhsil müəssisəsi.
Azərbaycanda Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumlarının fəaliyyəti 1992-ci ilin dekabrında Naxçıvanda başlamışdır.[1] Ardınca Bakıda və Sumqayıtda müştərək məktəblə açılması məqsədi ilə 4 sentyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə niyyət protokolu imzalanmışdır. Həmin ilin payızına doğru məktəblər təsis edilmiş və Bakıda ayrılmış binanın təmiri və avadanlıqlarla təchizatı başa çatdırılmışdır. Beləliklə, 6-cı və 8-ci siniflərə 84 şagird qəbul edən liseydə təlim-tədrisə start verilmişdir.
Lisey fəaliyyəti dövründə 6-cı sinifdən imtahan yolu ilə şagirdlər qəbul etmişdir. Ümumən, sözügedən təhsil müəssisəsi məzunlarının yerli və xarici ali məktəblərə yüksək qəbul əmsalı, habelə şagirdlərinin beynəlxalq olimpiadalardakı yüksək nəticələri səbəbindən zaman-zaman dövri mətbuatda Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu orta ümumtəhsil müəssisəsi kimi göstərilmişdir.[2]
2014-cü ilin iyun ayında Bakı Özəl Türk Liseyi fəaliyyətini dayandırıb.
Məktəbin illərə görə məzun göstəriciləri Arxivləşdirilib 2010-03-05 at the Wayback Machine