Bakı Şəhər və Xalq Məktəblərinin Şagirdlərinə Yardım Cəmiyyəti

Bakı şəhər və xalq məktəblərinin şagirdlərinə yardım cəmiyyəti — 1907-ci ilin aprel ayında yaradılmış qeyri hökumət xeyriyyə təşkilatı[1].

Yaradılması və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1907-ci ilin aprel ayında yaradılmışdır. Cəmiyyətin məqsədi Bakı şəhər və xalq məktəblərinin ehtiyacı olan şagirdlərini geyim, yemək və mənzillə təmin etmək, onlara tibbi yardım göstərmək, valideynləri işdə olan şagirdləri gündüzlər sığınacaqla təmin etmək idi. 1919-cu ilin yayında cəmiyyət uşaq evlərinin yaradılması ilə məşğul olmuşdur. 7–8 türk və 5 rus məktəbi nəzdində uşaq evləri təşkil edilmişdi. Onların böyük həyətləri, geniş mətbəxləri var idi. Tədris ili başlanarkən cəmiyyət məktəblərdə isti səhər yeməkləri təşkil etmiş, həmçinin imkansız şagirdlərə dövlət hesabına dəftərxana ləvazimatının verilməsi, xalq məktəblərində xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi, dərman alınması ilə məşğul olmuşdur. Cümhuriyyəti Hökuməti cəmiyyətin səmərəli fəaliyyət göstərə bilməsi üçün ona yaxından kömək göstərmişdir. Cəmiyyət azərbaycanlı məktəblilərin səmərəli istirahətində, savadlanmasında, sağlamlıqlarının qorunmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır.[1]

Üzvləri[redaktə | mənbəni redaktə et]

İdarə heyətinin üzvləri:

Həqiqi üzvləri — Əmir Aslanov, İ.Axundov, B.Aşurbəyov, İ.Aşurbəyov, M.Əsədullayev, A.Babayev, A.Vəlibəyov, D.Vəzirov, M.Hacıbababəyova, R.Hacıbababəyova, M.Hacıbəyova, B.Qayıbov, K.Kazımov, M.Mahmudbəyov, A.Mehdiyev və b. idilər.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 237