Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bakı Avropa Liseyi — Lisey XX əsrin sonlarında — 1991-ci ildə BDU-nun nəzdində fəaliyyət göstərən "Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan liseyin 19 buraxılışı olub.
Assosiasiya və elmi mərkəz xüsusi işlənib hazırlanmış proqram üzrə respublikanın hər tərəfində istedadlı uşaqlar axtarıb tapır, müxtəlif olimpiadalar, yay-düşərgə məktəbləri təşkil edirdi. Burada uşaqlarla işləmək üçün Azərbaycan Milli Elmlər Akademiyasından, ali təhsil ocaqlarından və xaricdən mütəxəssislər cəlb olunurdu. Digər ölkələrin analoji təşkilatları ilə əlaqələr yaranır, psixoloji, pedaqoji, sosioloji tədqiqatlar aparılır, incəsənət və elm xadimləri ilə görüşlər keçirilirdi.
Beləliklə, Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən və Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmış "Avropa məktəbi" pedaqoji modeli qurulur. Yüksək yenilikci və intellektual potensiala malik olan uşaqlar aşkar edilir və sonrakı tədrisin unikal sistemi qurulur. Böyük hazırlıq işləri görüldükdən sonra 1991-ci il sentyabr ayından yalnız üç — VIII, IX və X siniflərdən ibarət lisey fəaliyyətə başlayır.
1994-cü ildə rəsmi status alan Bakı Avropa Liseyi 1993–1994-cü tədris ilindən öz şagirdlərini I sinifdən formalaşdırmağa başlayır və bir tədris müəssisəsi kimi uğurla addımlayır. Şəxsiyyətin azad inkişafı, düşüncəli, yaradıcı, hazır və bacarıqlı şəxsiyyətin əmələ gəlməsi üçün şərait quran təhsil ocağına çevrilir.
Liseyin əsas məqsədi Avropa və Şimali Amerikanın təhsil sistemi və təlim prosesinə inteqrasiya olmaqdır. Liseydə təlim-tərbiyə yeni və səmərəli təhsil yanaşmaları, müasir tələbləri ödəyən metod və texnologiyalar üzərində qurulur. Bakı Avropa Liseyinin əsas vəzifəsi istedadlı uşaqların intellektual və yaradıcı potensialını üzə çıxarmaq və onların şəxsiyyətini inkişaf etdirməkdir. Xüsusi vəzifələrdən biri isə XXI əsrdə gənc nəslə vacib olan bacarıq və kompetensiyaların formalaşdırılmasıdır. Liseydə şagirdlərin həyat boyu öyrənmək və cəmiyyət üçün məhsuldar üzv olması vacib olan metakoqnitiv (öyrənməyi öyrənmək) qabiliyyətinin inkişafına müvafiq şərait qurulur. Liseyin təlim mühiti yenilikıərə və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Lisey kollektivi çalışır ki, şagirdləri gələcəkdə yaxşı mütəxəssis olmaq üçün erkən yaşlarından müasir peşəkar bacarıqlarla yaxından tanış etsin. Vətənpərvərlik və xalqa məhəbbət duyğuları ön plana çəkilərək hər bir şagirdin dövlətçilik prinsiplərini qoruması aşılanır.