Bakı Ayaqqabı İstehsalat Birliyi

Bakı Ayaqqabı İstehsalat Birliyi (azərb-kiril. Бакы Ајаггабы Истеһсалат Бирлији) — Azərbaycan SSR-də yüngül sənaye müəssisəsi.[1]

Bakı Ayaqqabı İstehsalat Birliyi
azərb-kiril. Бакы Ајаггабы Истеһсалат Бирлији
Ümumi məlumatlar
Tipi dövlət şirkəti
Sənaye yüngül sənaye
Məhsulu ayaqqabı
Təsis tarixi 1972, 1973
Bağlanma tarixi 1991
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçilər Azərbaycan SSR Ticarət və Sənaye Nazirliyi

Bəzi mənbələrə görə 1972-ci,[2] bəzilərinə görə 1973-cü ildə yaradılmışdır. Burada lak və xromdan modelli qadın və kişi ayaqqabısı, üzlüyü toxuma parçadan və xromdan olan yüngül ev ayaqqabısı istehsal edilirdi. Birlik 4 və 5 nömrəli ayaqqabı fabriklərini birləşdirirdi. Baş muəssisə olan 5 nömrəli ayaqqabı fabriki 1960-cı ildə fəaliyyətə başlamış, 1971-ci ildə 3 nömrəli ayaqqabı fabriki ilə birləşdirilmişdir. Fabrikdə dövr üçün yeni texnika və mütərəqqi texnologiya tətbiq edilmiş, istehsal prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Azərbaycanda poliuretan altlıqlı ayaqqabı və isti vulkanizasiya üsulu ilə ayaqqabı istehsalı ilk dəfə burada tətbiq edilmişdir. 1975-ci ildə 3480,1 min cüt ayaqqabı (o cümlədən 1042,2 min cüt modelli ayaqqabı, 2268,7 min cüt ev ayaqqabısı) istehsal edilmişdir. 1976-cı ilin iyuluna aid olan məlumata görə, birliyin beş növ kişi və qadın dövlət keyfiyyət nişanı ilə buraxılırdı. Məhsulu SSRİ-nin bir çox şəhərlərinə də göndərilirdi.[1]

  1. 1 2 Бакы Ајаггабы Истеһсалат Бирлији // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 558.
  2. "Yüngül sənaye məhsulunun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi" (PDF). 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-21.