Bakı Gömrükxanası

Bakı GömrükxanasıDövlətin ticarət maraqlarını qoruyan, yüklərin daşınmasına nəzarət edən və gömrük rüsumları toplayan hökumət müəssisəsi.

Yaradılması[redaktə | mənbəni redaktə et]

Rusiya senatının 1807-ci il 25 yanvar tarixli qanunu əsasında 1809-cu ildə yaradılmışdır. 1918 ilin fevralında gömrükxananın bazasında Bakı gömrükxanası nəzdində Fəhlə və Əsgər Deputatları Sovetinin Komissarlığı yaradılmış, martında isə komissarlıq yenidən Bakı gömrükxanasına çevrilmişdir. 1918 ilin mayında Bakı gömrükxanası kollegiyadan, əməliyyat-texniki şöbədən və sahil mühafizəsindən ibarət idi. Cümhuriyyət Hökümətinin apardığı islahatlarla əlaqədar Bakı gömrükxanası 1918 ilin avqustunda Ticarət və Sənaye Nazirliyinin gömrük idarəsinə, 1918 ilin dekabr1919 ilin yanvarında isə Maliyyə Nazirliyinin gömrük idarəsinə tabe edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919 il iyulun 29-da Maliyyə Nazirliyinin gömrük idarəsinin ləğvi, əvəzində nazirliyin dəftərxanası nəzdində gömrük rüsumları şöbəsinin yaradılması haqqında qanun qəbul etdi.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bakı gömrükxanası İran və Avropa dövlətləri ilə bağlanmış ticarət müqavilələrinin yerinə yetirilməsində öz səlahiyyətləri daxilində fəaliyyət göstərir, malların qəbulu, yoxlanılması, onlara gömrük rüsumu qoyulması, qaçaqmalçılıqla mübarizə, Bakı dəniz limanında olan bütün gəmilərin uçotu və qeydə alınması ilə məşğul olurdu. Həmin dövrdə Bakı gömrükxanası gəmi nəzarəti (kabotaj ticarətinə və xarici ticarətə nəzarət), pakqauz komandası (malların qəbulu, saxlanması, çeşidlənməsi və qaçaqmalın tutulması), mühasibat (pul və əmtəə kassası) və dəftərxandan (ümumi kargüzarlıq, məhkəmə işləri, müsadirə işləri, inzibati hissə) ibarət idi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 215