Bakı Kəndlər Birliyi

Bakı və Kəndlər Birliyi, Bakı Kəndlər Birliyi və ya qısaca BKB — Azərbaycanda 1990-cı illərdə təsis edilmiş, Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və Milli Azadlıq Hərəkatında iştirak etmiş ictimai-siyasi birlik.

Bakı və Kəndlər Birliyi
BKB
Yaranma tarixi 13 yanvar 1990
Mərkəzi Bakı şəhəri, Vidadi küçəsi 89
Qurucusu Nəsir Ağayev

Bakı və Kəndlər Birliyinin ilk təsis yığıncağı Nəsir Ağayev tərəfindən Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində 13 yanvar 1990-cı il tarixində keçirilmişdir. Bakı və Kəndlər Birliyinin Ali Məclisinin ilk sədri Ağayev Nəsir Zərbəli oğlu Ağayev seçilmişdir. Bakı və Kəndlər Birliyi 1992-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.

1992-ci ildə Baki və Kəndlər Birliyinin mətbuat orqanı olan "Vəhdət" qəzeti təsis edilmişdir. Bakı və Kəndlər Birliyi Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.[1]

Nəsir Ağayev 1992-ci ildən 1994-cü ilin fevral ayına kimi təşkilatın Ali Məclisinin sədri olmuşdur. 1994-cü ildən Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə seçilmişdir.[2]

Bakı və Kəndlər Birliyi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlinin hazırlanması üçün lazım olan məvacibin yığılmasında aktiv rol oynamışdır.[3]

1994-cü ildə Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə, Hüquq şöbəsinin sədri Tahir Kərimli və Şəfiq Pənahi rəhbərliyində Bakı və Kəndlər Birliyinin bazasında Vəhdət Partiyası yaradılmışdır. 1995-ci ilin aprel ayında Hacı Cəbrayıl Əlizadə partiyanın sədri seçilmişdir.[2] Vəhdət Partiyasının təsis olunmasına baxmayaraq Bakı və Kəndlər Birliyi öz fəaliyyətini davam etdirmişdir. Vəhdət Partiyası Bakı və Kəndlər Birliyinin Vidadi küçəsi 89-da yerləşən rəsmi qərargahını icarəyə götürüb.[4]

Şair Teyyub Qurban 1994-1996-cı illərdə Bakı və Kəndlər Birliyinin Mətbuat Xidməyinin rəhbəri olmuşdur.

Bakı və Kəndlər Birliyi "Ölüm növbəsi" filminin çəkilişinə kömək etmişdir.

  1. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.
  2. 1 2 Әлизадә Һаҹы Ҹәбрајыл Зәрбәли оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  3. Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. 2014-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-29.
  4. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.