Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki (bundan sonra-Fabrik) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyinə verilmişdir.
Fabrik 28.08.1995-ci il tarixdə D-669 say altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir.
Fabrik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, sərəncam, göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.
Fabrik hüquqi şəxsdir, müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə. müvafiq ştamplara və blanklara malikdir.
Fabrik Azərbaycan Respublikasında kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirir.
Fabrik öz fəaliyyətini Dövlət və Bələdiyyə orqanları ilə. habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla qarşılıqlı əlaqəli qaydada həyata keçirir.
Fabrikin aparatının və onun vahid sistemini təşkil edən şöbələrinin saxlanılması. maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir. Fabrik həmin vəsaitlərin sərəncamçısıdır.
Fabrik Bakı şəhərində yerləşir.