Bakı Politexnik Məktəbi

Bakı Politexnik Məktəbi — orta ixtisas təhsili müəssisəsi. Məktəb bütün Cənubi Qafqaz sənayesi üçün texniklər və ixtisaslı ustalar hazırlayırdı. Qafqaz tədris dairəsinin 1888-ci il 26 aprel tarixli sərəncamı ilə həmin ilin iyulundan Şəhər Sənət Məktəbi kimi fəaliyyətə başlamış, 1896-cı il sentyabrın 1-dən Bakı İbtidai Mexanika-kimya-texnika Məktəbinə çevrilmişdi.

Bakı Politexnik Məktəbi
Əsası qoyulub 1887
Ölkə

1897-ci il oktyabrın 18-dən məktəbin nəzdində yerli əhali içərisindən yaşlılar üçün pulsuz kurslar açılmışdı. Kurslara yardım məqsədilə məktəbdə xeyriyyə konsertləri təşkil olunur, həvəskar aktyorlar tamaşalar göstərirdilər. 1901-ci ilin iyulundan məktəbdə kimya bölməsi əvəzində tikinti bölməsi açılmışdı. 1913-cü ilin yanvarından isə Bakı Politexnik Məktəbi Bakı Alekseyev orta mexanika və tikinti-texniki məktəbi adlanırdı.

1909-cu ilin yanvarından məktəbin nəzdində heykəltəraşlıq-daşyonma şöbəsi, 1911-ci ildən isə sürücülər kursu açılmışdı. 1917-ci il mayın 30-dan üç şöbədən (neft sənayesi, elektromexanika və memarlıq-inşaat) ibarət politexnikuma çevrilmiş və Bakı Politexnik Məktəbi adlandırılmışdır.

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;