Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Bakı Qida və Yağ Fabriki — Azərbaycanda yeyinti yağları istehsalı ilə məşğul olan müəssisə.[1]
Bakı Qida və Yağ Fabriki | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1997 |
Baş qərargahın yeri | Azərbaycan |
Bakı Yağ Fabriki 27 dekabr 1997-ci il tarixində “Caspian Vegetable Ghee Factory” adı altında ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. 2011-ci ildə isə Bakı Yağ Fabrikinin Azərsun Sənaye Parkına köçürülməsi və fabrikin yenidən qurulması layihəsinə start verilib.[2]
25 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Qida və Yağ Fabrikinin Azərsun Sənaye Zonasında açılışı olub.[3]
Bakı Yağ Fabriki 27 dekabr 1997-ci il tarixində “Caspian Vegetable Ghee Factory” adı altında ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. 2011-ci ildə isə Bakı Yağ Fabrikinin Azərsun Sənaye Parkına köçürülməsi və fabrikin yenidən qurulması layihəsinə start verilib.[4]
25 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Qida və Yağ Fabrikinin Azərsun Sənaye Zonasında açılışı olub.[5]
Şokolad Fabriki, 2008-ci ildən etibarən “Bakı Qida və Yağ Fabriki”nin tərkibində fəaliyyət göstərir. 2010-cu ildə “Shokki Mokki” markası ilə istehsala başlayan fabrikdə 92 nəfər işçi daimi işlə təmin edilib.
İllik istehsal gücü 2000-3000 ton arası olan müəssisənin istehsal və anbar ərazisi 7760 m2 sahəni əhatə edir.
2014-cü ilin aprel ayında “Svit Star” müəssisəsi yaradılıb və fabrikin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə yeni sərmayə qoyularaq halva, lokum, marmelad, gofret, sənaye şokoladı və fındıq kremi istehsalına başlanılıb. Müəssisə 2016-2018-ci illərdə “Svit Star” olaraq, 2018-2019-cu illərdə isə “Bakı Qida və Yağ Fabriki”nin nəzdində fəaliyyətini davam etdirib. 2019-cu ilin avqust ayından etibarən isə “Mamam Chocolate and Bakery”yə bağlı fəaliyyətini davam etdirməkdədir.
Hal-hazırda, fabrikdə əl dəyməyən texnologiyalar vasitəsilə yüksək keyfiyyətli “Shokki Mokki”, “Cey Cey”, “Chocolake” və s. şokolad kremləri, “Choco Art”, “Zoluşka” gofret, markaları ilə məhsullar və konfet istehsal olunmaqdadır. Fabrikdə ən müasir standartlara cavab verən Türkiyə, İsveçrə, Avstriya və Hollandiya istehsalı olan avadanlıqlar quraşdırılıb.[6]
Bakı Qida və Yağ Fabrikinin məhsulları Gürcüstan, Özbəkistan, Türkmənistan, İraq, Qırğızıstan, Qazaxıstan və s. ölkələrə ixrac olunmaqdadır.
Müəssisə İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, İSO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatlarına layiq görülüb. Həmçinin KFC firması tərəfindən audit aparılıb və müəssisənin fəaliyyəti yüksək qiymətləndirilib.