Bakı nəcis nəqliyyatı

Bakı nəcis nəqliyyatıBakıda kanalizasiya düzələnədək həyətlərin nəcislərinin daşınması ilə məşğul olmuş xüsusi müəssisələr[1]

Həmin dövrdə həyətlərdən nəcis adətən gecələr daşınırdı.[1] Bu iş boçkalı arabalar vasitəsilə görülürdü.[1] Şəhərdə xüsusi müəssisələr vardı ki, bu işlə məşğul idilər.[1] Belə müəssisələr - "Bakı nəcis nəqliyyatı" adlanırdı. 1914-cü ildə Bakıda cəmi üç belə müəssisə vardı.[1]

Şəhərin nəcisi əvvəllər daşınıb, Qanlı təpənin ətəyindəki dərəyə tökülürdü.[1] Bu dərə əhali içərisində "Poxlu dərə" adlanırdı.[1] Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi.[1] Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Qılman İlkin. Bakı və bakılılar. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006, səh. 141.  (az.)