Bu məqalə Bakı qəzeti haqqındadır. Digər mənalar üçün Bakı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər.
Bakı/Baku qəzetləri | |
---|---|
Format | ? |
Təsisçi | Bakı Şəhər İcra Hakimiyyəti |
Baş redaktor | Nəsir İmanquliyev |
Redaktor | ? |
Yaranma tarixi | 10 yanvar 1958 |
Dil | Azərbaycan dili, Rus dili |
Qiymət | ? qəpik |
Ünvan | ? |
Tiraj | ? |
baki-baku.az |
Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir.
Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.
N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990). 1990-cı ildən isə şəhər qəzetlərinin baş redaktoru vəzifəsində respublikanın əməkdar jurnalisti Ağahüseyn Abbasəli oğlu Hüseynov çalışıb.
"Bakı-baku.az" saytı “Bakı" və ”Baku” qəzetlərinin elektron versiyası kimi 2020-ci il avqustun 26-da Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə fəaliyyətə başlayıb. Üç dildə - Azərbaycan, rus, ingilis dillərində təqdim olunan saytın layihə rəhbəri və redaktoru Şərəf Süleymanovadır (Şərəf Cəlilli).
Bakı və Baku qəzetləri dəfələrlə keçmiş partiya və sovet orqanlarının, ictimai və yaradıcılıq təşkilatlarının mükafatlarına layiq görülüb.