Bakı və Bakılılar - azərbaycanlı nasir, Xalq yazıçısı Qılman İlkinin müəllifi olduğu kitab.
Bakı və bakılılar | |
---|---|
| |
Müəllif | Qılman İlkin |
Janrlar | Araşdırma , Tarix , Elmi-Kütləvi |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1998 |
Nəşriyyat | Nurlar (2006); Bakı Kitab Klubu (2018) |
Cild | Bərk üz qabığı |
Səhifə | 384 (2006), 464 (2015, 2018) |
Tiraj | 200 (2015) |
ISBN | ISBN 978-9952-426-12-7 (2006); ISBN 978-9952-8278-4-2 (2018) |
Müəllif bu kitabına görə "Humay" mili mükafatını qazanıb.[1][2]
Azərbaycan xalq yazıçısı və Bakı tarixinin tədqiqatçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında məlumatlar qeyd edilmişdir. Ensiklopedik səciyyəyə malik bu kitabda köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır. Yazar Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hanbalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günə qədər şəhərin mənzərəsini ustalıqla təsvir edib. Kitabda həmçinin Sisianovun öldürülməsi, Bakıxanovlar sülaləsi, Bakı kəndləri, Nargin adasında olmuş əsirlər və H.Z.Tağıyevin mühakimə edilməsi barədə dəqiq məlumatlar qeyd edilib.
Kitab nadir və əsasən ilk dəfə çap üzü görən fotoşəkillərlə zəngindir.
Kitab ilk dəfə 1998-ci ildə, 3-cü dəfə 2006-cı ildə Nurlar nəşriyyatında 384 səhifədə, Bakı Kitab Klubunda 4-cü dəfə 2015-ci ildə[3] 5-ci dəfə isə 2018-ci ildə, hər 2 nəşr 24 səhifəsi fotolardan ibarət olmaqla 464 səhifədə nəşr edilib.[4] Hər 2 nəşrin redaktoru yazıçının oğlu Ayaz Musayevdir.[5][6][7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |