Bakı və Kəndlər Birliyi, Bakı Kəndlər Birliyi və ya qısaca BKB — Azərbaycanda 1990-cı illərdə təsis edilmiş, Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və Milli Azadlıq Hərəkatında iştirak etmiş ictimai-siyasi birlik.
Bakı və Kəndlər Birliyi BKB | |
---|---|
Yaranma tarixi | 13 yanvar 1990 |
Mərkəzi | Bakı şəhəri, Vidadi küçəsi 89 |
Qurucusu | Nəsir Ağayev |
Bakı və Kəndlər Birliyinin ilk təsis yığıncağı Nəsir Ağayev tərəfindən Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində 13 yanvar 1990-cı il tarixində keçirilmişdir. Bakı və Kəndlər Birliyinin Ali Məclisinin ilk sədri Ağayev Nəsir Zərbəli oğlu Ağayev seçilmişdir. Bakı və Kəndlər Birliyi 1992-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.
1992-ci ildə Baki və Kəndlər Birliyinin mətbuat orqanı olan "Vəhdət" qəzeti təsis edilmişdir. Bakı və Kəndlər Birliyi Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.[1]
Nəsir Ağayev 1992-ci ildən 1994-cü ilin fevral ayına kimi təşkilatın Ali Məclisinin sədri olmuşdur. 1994-cü ildən Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə seçilmişdir.[2]
Bakı və Kəndlər Birliyi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlinin hazırlanması üçün lazım olan məvacibin yığılmasında aktiv rol oynamışdır.[3]
1994-cü ildə Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə, Hüquq şöbəsinin sədri Tahir Kərimli və Şəfiq Pənahi rəhbərliyində Bakı və Kəndlər Birliyinin bazasında Vəhdət Partiyası yaradılmışdır. 1995-ci ilin aprel ayında Hacı Cəbrayıl Əlizadə partiyanın sədri seçilmişdir.[2] Vəhdət Partiyasının təsis olunmasına baxmayaraq Bakı və Kəndlər Birliyi öz fəaliyyətini davam etdirmişdir. Vəhdət Partiyası Bakı və Kəndlər Birliyinin Vidadi küçəsi 89-da yerləşən rəsmi qərargahını icarəyə götürüb.[4]
Şair Teyyub Qurban 1994-1996-cı illərdə Bakı və Kəndlər Birliyinin Mətbuat Xidməyinin rəhbəri olmuşdur.
Bakı və Kəndlər Birliyi "Ölüm növbəsi" filminin çəkilişinə kömək etmişdir.