Bakıqulu

BakıquluOsmanlı imperiyasında Tənzimat dövrünə qədər vergi müfəttişlərinə verilən ad.[1][2]

Həmin məmurlar vergiləri yığıb, vergi ilə bağlı yoxlamalar aparıb, araşdırmalar açıb, bu məsələni izləyiblər. Bakıqulu məmurları ilk dəfə 1512–1520-ci illər arasında Yavuz Sultan Səlim tərəfindən təyin edilmişdir. Onların ilkin vəzifəsi dövlət adından gəlir və məxaric işlərinə cavabdeh olan digər məmurların hərəkətlərini yoxlamaq idi. Birinci qrupda 60-a yaxın adam xidmət edirdi. Onlar sonralar vergi toplamaq, vergi borcu olanları təqib etmək, müxtəlif maliyyə cinayətlərini izləmək, pul paylamaq, vergi işlərində dövlət adından məlumat vermək kimi vəzifələri də öz üzərinə götürmüşdülər. Bu məmurların hazırladıqları hesabatlar dövlət üçün böyük əhəmiyyət kəsb edirdi və tez bir zamanda işlənib, lazımi tədbirlər görülmüşdür. Bu məmurlara "Başbakıqulu" adlı bir müdir nəzarət edirdi. Tənzimatdan sonra adları dəyişdirilərək maliyyə müfəttişi olmuşdur.[3]

  1. "Arxivlənmiş surət". 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  2. "Arxivlənmiş surət". 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  3. "Arxivlənmiş surət". 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.