Balıq şorbası

Balıq şorbasıAzərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü.

Balıq şorbası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir.[1][2]

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.[3]

Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "MELCEÜ'T- TABBÂHÎN" (PDF). Government of Turkey. 2020-11-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-01.
  2. Kâmil, Mehmet. Melceü't-tabbâhın (ingilis). Aşir Efendi Destgahı. 1859. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  3. 1 2 1001dad Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine