Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.[1]
Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır.[2]