Yumurta şəkərlə çalınır, bal və yumşaq kərə yağı əlavə edilib qarışdırıla – qarışdırıla 5 dəq odun üstündə vamla bişirilir. Oddan götürəndən sonra qarışdırmaya ara vermədən ona 1 çay qaşığı çay sodası və tədricən un əlavə olunur. Sonra xəmir 5 – 6 yerə ayrılıb (təxminən 2 xörək qaşığı) un tökülmüş taxta üstündə 0,5 sm qalınlığında yayılır və 6 – 8 dəqiqə duxovkada bişirilir. Hər layın üstünə krem çəkilib üst – üstə yığılır. Üst qata da krem çəkilib yaymalardan çıxmış ovuntu səpilir.
Krem hazırlamaq üçün ağzı açılmamış qatılaşdırılmış süd bankası su olan qazana qoyulub 2 ssat qaynadılır. Fikir vermək lazımdır ki, süd qabı həmişə suyun içində olsun, əks təqdirdə banka partlaya bilər. Sonra banka soyudulur və yaxşı çalınmış kərə yağı ilə qarışdırılmış krem hazırlanır.