Balabəy Əlibəyov (mühəndis)

Əlibəyov Balabəy İsa oğlu - texnika elmləri doktoru, professor

Balabəy Əlibəyov
Əlibəyov Balabəy İsa oğlu
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru
Mükafatları "Lenin" ordeni, Azərbaycanın əməkdar mühəndisi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935-1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954-1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977-1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əlibəyov B.İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: dik hündürlük boyu enən neft yataqlarına kombinə edilmiş təsir məsələləri; mürəkkəbləşmələrlə mübarizə üsulları; intensiv qum təzahürü məsələlərinin tədqiqi. Əlibəyov 40-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. Əlibəyov B.İ. Lenin ordeni ilə mükafatlanıb və "Azərbaycanın əməkdar mühəndisi" adına layiq görülüb.