Balaca və damda yaşayan Karlson

Rusiya poçt markası (1992)

Balaca və damda yaşayan Karlson[1] (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır.

Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Lindqren Astrid. Balaca və damda yaşayan Karlson /T.e.: Əzizə Əhmədova. - Bakı: Gənclik. 1980. 280 s.