Balacaxanım Əbdül qızı Hüseynova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Baş elmi işçisi, Kimya üzrə elmlər doktoru.[1]
Balacaxanım Hüseynova | |
---|---|
Balacaxanım Əbdül qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | AMEA akadademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Hüseynova Balacaxanım Əbdül qızı 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 161 saylı Bakı orta təhsil məktəbində oxumuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra təyinatla Bakı Yeni Neftayırma zavodunun “Zavod göstəricilərinin tədqiqi” laboratoriyasına mühəndis vəzifəsinə göndərilmişdir.
1967-ci ilin noyabr ayında, istehsalatdan ayrılmaq şərtilə, HüseynovaB.Ə. Azərbaycan SSR EA-ın Y.H.Məmmədəliyev adına NKPİ nəzdində “Neft kimyası və sintezi” ixtisası üzrə aspiranturaya daxil olub və 1970-ci ildə aspiranturanı bitirdikdən sonra kiçik elmi işçi vəzifəsinə təyin edilib.
1974-cü ilin fevralında B.Ə.Hüseynova “Neft kimyası və sintezi” ixtisası üzrə “Bakı neftlərinin C7-C9 turşularının quruluş və tərkibinin öyrənilməsi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 1981-ci ildə müsabiqə yolu ilə böyük elmi işçi vəzifəsinə təyin edilib. 1995-ci ildə baş elmi işçi elmi adını alıb.
2002-ci ildən etibarən B.Ə.Hüseynova aparıcı elmi işçi vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində “Azneft” IB və “Azərneftyağ” neft emalı zavodu ilə bağlanan təsərrüfat müqavilələrinin iş icraçısıdır. 2006-cı ildə o, “Azərneftyağ” neft emalı zavodu ilə bağlanmış təsərrüfat müqaviləsi üzrə turş qudronun regenera¬siyası texnoloji reqlamentini tərtib etmişdir. 2007-ci illərdə B.Ə.Hüseynova çox illik tədqiqatlarını ümumiləşdirərək, “Azərbaycan neftlərinin heteroatomlu komponentləri” adlı dissertasiya müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən kimya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 2011-ci ildən baş elmi işçi vəzifəsində çalışır. Yeni karbohidrogen strukturlarında mikroelementlərin, o cümlədən insan səhhəti üçün ekoloji zərərli sayılan ağır metalların və Cd elementinin paylanmasını öyrənib. Neftdən ayrılmış təbii fenol və azot birləşmələrinin sürtkü yağlarına antioksidant əlavə kimi sintetik ionol əvəzinə istifadə edərək oksidləşməyə davamlı daha ucuz başa gələn yağ kompozisiyalarının hazırlanmasını patentləşdirib. Perspektiv yataq neftlərinin komponentlərinin bioloji aktivliklərinin öyrənilməsi sahəsində tədqiqatlar aparıb.
B.Ə.Hüseynova işlədiyi “Neftlərin tədqiqi, yağların texnologiyası” laboratoriyasında Neft kimyası və neft emalı sənayesinin mühüm problemlərindən olan neft və neft məhsullarının səmərəli istifadəsi və neftin dərin emalı istiqamətində Azərbaycanın yeni yataq neftlərinin komponent tərkibinin, azotlu, turş xassəli oksigenli, yüksək molekullu heteroatomlu – asfalt-qatran birləşmələrinin quruluşunun və mikroelementlərin paylanma qanunauyğunluqlarının öyrənilməsi sahəsində elmi tədqiqat işlərini aparır. Azərbaycan neftlərinin digər region neftləri ilə oxşar və fərqli cəhətlərini müəyyənləşdirir, alınmış nəticələri ümumiləşdirir, yeni nəzəri və texniki müddəaların işlənməsi və hazırlanmasına kömək edir.
B.Ə.Hüseynova tərəfindən aparılan tədqiqatlar “Əsrin müqaviləsi” adlanan saziş üzrə işlənən perspektiv dəniz yataqları Azəri, Çıraq, Günəşli və Şahdəniz kondensatının kimyəvi tərkibinin öyrə¬nilməsinə həsr edilib və habelə o, Abşeron nefti yatağı və Bulla-dəniz kondensat yatağının yeni istismar olunan müxtəlif quyu məhsullarında heteroatomlu birləşmələrin tədqiqi ilə məşğuldur.
100-dən artıq elmi əsəri, o cümlədən 2 patenti, 1 monoqrafiyası və 1 ali məktəb dərs vəsaitinin müəllifidir.
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.185-186.