Balamir Şirməmməd oğlu Məmmədov — (1974, Lerik rayonu – 1993, Çıldıran, Kəlbəcər rayonu) Birinci Qarabağ döyüşlərində iştirak edib.
Balamir Məmmədov | |
---|---|
Balamir Şirməmməd oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Şirməmməd |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Qoşun növü | Azərbaycan ordusu |
Xidmət illəri | 1992-1993 |
Rütbə | Əsgər |
Döyüşlər | Ağdərə döyüşləri |
1974-cü ildə Lerik rayonunun Küsəkəran kəndində anadan olub.[1]
1989-cu ildə Küsəkəran kənd natamam orta və 1991-ci ildə Veri kənd orta məktəblərini bitirib.[2]
1992-ci ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq cəbhə bölgəsinə göndərilib. Balamir Məmmədov Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gedən bir sira uğurlu əməliyyatlarda iştirak edərək torpaqlarımızın müdafiə olunmasında igidlik göstərib. Balamir Məmmədov 1993-cü ilin mart ayında Ağdərə rayonunun Çıldıran bölgəsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra təhsil aldığı Küsəkəran kənd natamam orta məktəbinə onun adı verilib.