Balanslaşdırılmış Göstəricilər Sistemi biznes əməliyyatlarını şirkətin strategiyasına uyğunlaşdıran, şirkətin strateji məqsədlərinə qarşı performansını yoxlayan, daxili və xarici kommunikasiyanı nizamlayan strateji planlama və idarəetmə sistemidir. Harvard Biznes Məktəbindən Robert Kaplan və David Norton tərəfindən 90-cı illərin əvvəllərində hazırlanan sistem şirkətlərin performansının balanslaşdırılmış şəkildə idarə edilməsi üçün ənənəvi maliyyə göstəricilərinə qeyri-maliyyə göstəricilərini əlavə etməyi nəzərdə tutur.[1]