Balarəhim Quliyev

Balarəhim Quliyev — Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini.[1]

Balarəhim Quliyev
Balarəhim Mirzəağa oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1967(1967-12-25) (55 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
İxtisası Qidalanma Gigiyenası üzrə sanitariya həkim
Atası Mirzəağa Quliyev

Həyatı[redaktə | mənbəni redaktə et]

Balarəhim Mirzəağa oğlu Quliyev isə 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992–2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005–2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010–2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014–2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.[2]

09 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyevdən iki yeni təyinat". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.
  2. "Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub". 2018-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.