Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir [1]. Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur:
Balatı və xəmir porsiyalarla (dövri üsul) yaxud fasiləsiz hazırlana bilər. Bundan başqa, balatı porsiyalarla hazırlandığı təqdirdə xəmiri həm porsiyalarla, həm də fasiləsiz hazırlamaq olar.