Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı[2], regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır.
Balaton gölü | |
---|---|
mac. Balaton | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 104 m |
Eni | 15 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 236 km |
Sahəsi | 594 km² |
Həcmi | 1,9 km³ |
Su tutumu | 5,174[1] |
Dərin yeri | 12,5 m |
Orta dərinliyi | 3,6 m |
Yerləşməsi | |
46°50′ şm. e. 17°44′ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır.
Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero,[3][4] slovak. Blatenské jazero[5]). Slavyan şahzadəsi Pribina 846-cı ilin yanvarında Zala çayı boyu bataqlıqlarda və meşələrlə əhatə olunmuş müasir Zalavar ərazisində, Balaton gölü regionunda bir neçə kilsə və hakimiyyət yeri kimi qalalar tikdirməyə başladı.[6][7][8] Onun yaxşı möhkəmləndirilmiş qalaları Aşağı Pannoniya knyazlığının paytaxtını Bolqarlar və Moraviyanlardan qoruyan Blatnohrad və ya Moosburg ("Bataqlıq Qalası") kimi məşhur oldu.[6][7][8]
Göl Qədim Romalılar tərəfindən Pelso və ya Lakus Pelsodis adlandırılıb.[9] Göl üçün Pelso adı güman ki, bir vaxtlar regionda məskunlaşmış İlliryalıların zamanında, illirya dilindən irəli gəlir.
Alman dilində gölün adı Plattensedir.[10] Çətin ki, Almanlar dayaz olduğu üçün gölü belə adlandırsınlar, çünki platt sifəti 17-ci əsrdə alman lüğətinə daxil olub.[11] Onu da qeyd etmək lazımdır ki, Balaton gölünün orta dərinliyi (3.2 m) sahəsi üçün qeyri-adi deyil (yaxınlıqdakı Noyzidler gölünün orta dərinliyi təxminən 1 m-dir).
Region kontinental iqlimə malikdir. Gölün sahilləri üçün davamlı günəşli yay, mayın ortalarından sentyabrın sonunadək səciyyəvidir. Qış nisbətən yumşaq keçir, lakin göl demək olar ki, hər qışda donur. Buzun orta qalınlığı 10-20 santimetr təşkil edir, lakin buzun qalınlığının 70 santimetr qeydə alındığı hallarda olub.
Balaton gölü hər il yerli ərazinin yağıntısına təsir göstərir. Əraziyə Macarıstanın çox hissəsindən təxminən iki-üç düym (5-7 sm) çox yağıntı düşür. Buludlu günlərin sayı daha çoxdur və ərazi daha az ekstremal temperatura malikdir. Balaton gölü ətrafındakı iqlim üzümçülük üçün regionu daha ideal edib. Torpaq (vulkanik süxur olan) qarışıq Aralıq dənizi kimi iqlimə malik olması regionu iki min il əvvəl — Roma İmperiyası dövründən bəri şərabçılıq üçün məşhur yerlərdən birinə çevirib.[12]
Gölün ətrafında böyük kurort şəhərləri Şiofok, Kesthey və cənub sahillərində digər böyük kurort şəhərləri Balatonfüred, Zamardi yerləşir. Zamardi 2007-ci ildən bəri məşhur elektronik musiqi—Balaton Soundun keçirildiyi yer kimi məşhurlaşıb.[13] Balatonkenese çoxsaylı ənənəvi qastronomik tədbirlərə ev sahibliyi edib. Şiofok böyük klublara malik olduğu üçün bura gənclərin cəlb edilməsi ilə tanınır. Kesthey Festetics sarayının yerləşdiyi yerdir. Balatonfüred isə Anna-Ball yarışının keçirildiyi tarixi çimərlik şəhəridir.[14]
Pik turizm mövsümü iyundan avqustun sonuna qədər davam edir. Yay vaxtı göldə suyun orta temperaturu 25 °C təşkil edir. Çimərliklərin əksəriyyəti ya ot, daş, ya da gölün dibindəki lilli qumdan ibarətdir. Bir çox kurortlar süni qumlu çimərliklərə malikdir. Digər turizm obyektlərinə yelkənli qayıqsürmə, balıqçılıq və digər su idman növləri, eləcə də cənub sahillərində gecə həyatı, şimal sahillərində isə dağlıq ərazilər, şərab zavodu və kənd yerlərinə səyahət daxildir. Tihany yarımadası tarixi bölgədir. Badacsony vulkanik dağı üzümçülük regionu və eləcə də dənizsahili kurort yeridir. Göl demək olar ki, tamamilə velosipedlə irəliləmək üçün ayrılmış xüsusi velosiped zolaqları ilə əhatə olunmuşdur. Balaton gölündə pik mövsüm yay olmasına baxmayaraq, qışda da insanlar bura göl donduğu zaman qış balıq ovu[rus.] və hətta xizək və konki sürmək üçün tez-tez gəlirlər.[15]