Balaxanı İdman Mərkəzi

Balaxanı İdman Mərkəzi

Balaxanı İdman Mərkəzi — “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən inşa edilib. 2007-ci ilin yanvarından tikintisinə başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb. Zalın tikili sahəsi 1584, ümumi tikinti sahəsi 1728 kvadratmetrdir.

İdman mərkəzinin açılış mərasimi 2011-ci il İyunun 1-də olmuşdur. Rəmzi qırmızı lenti Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov kəsmişlər.

İkimərtəbəli idman mərkəzi binasının ümumi ölçüsü 54m x 30m-dir. Zalın birinci mərtəbəsində 42x30 ölçüdə universal idman zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, həkim otağı, 2 ədəd sanitar qovşağı vardır. İkinci mərtəbə isə inzibati və texniki otaqlar yerləşir. Mərkəzin ayrıca olaraq, 100 m³ tutumlu içməli su, 100 m³ yanğın su anbarı, transformator yarımstansiyası, Nasosxana binası var.