Balaxanı Sənaye Parkı

Balaxanı Sənaye Parkı (Balaxanı Eko-Sənaye Parkı) təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə yaradılıb.

Balaxanı sənaye parkı
Məlumatlar
Parkın tipi Sənaye parkı
Yerləşməsi Balaxanı qəsəbəsi
Koordinatları 40.463489,49.9049396
Sahəsi 7 Hektar
Yaradılıb 22 sentyabr 2017
Statusu Fəaliyyət göstərir
Saytı tamizshahar.az/az/layihe…
Balaxanı Sənaye Parkının loqosu.

Balaxanı Sənaye Parkı4 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”[1] çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınmışdır[2].

28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[3]" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" imzalanmışdır.

19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur.[4]

Parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır .[4]

Balaxanı Sənaye Parkının planı.

Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq.

Balaxanı Sənaye Parkının baş planı.

Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Park girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək və bütün lazımi ilkin infrastruktur yaradılacaqdır.

Ümumi ərazisi 7 ha (istehsalat ərazisi - 23 460 m², infrastruktur zonası ərazisi - 3 000 m²)

Balaxanı Sənaye Parkının başlıca faydaları:

  • "Vahid pəncərə" asanlaşmış qeydiyyat prisnipi;
  • Əlverişli vergi güzəştləri;
  • Bir məkanda vahid infrastruktur yaratmaq;
  • Yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsiri azaltmaq;

8 Təkrar istehsal/təkrar istifadə və istehsal müəssisələrini yaratmaq, bu sahəyə dəstək;

  • Əldə edilən xam malların satışı və istehsal olunmuş məhsullar bazarını genişləndirmək.

Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.

Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.

polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər.[5]

  1. ""2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  2. "Balaxanı Sənayə Parkı". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  3. "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  4. 1 2 "İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak etmişdir". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  5. "İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.