Balazər Xanım (Xoy)

{{Balazər xanım və ya Zər xanım}} — 1918-ci ildə göstərdiyi cəsarəti sayəsində, xalq arasında sevilən azərbaycanlı qadın, xalq qəhrəmanı.Balazər Xanım (Xoy)           

1918-ci ildə ermənilər tərəfindən Cilovluqda və sonra kürdlər tərəfindən Urmuda və Salmasda yüzminlərcə azərbaycanlı müsəlman öldürülüb didərgin salınır. Sonra erməni Andranik Daşnaksütun ordusuyla qalanı ələ keçirib qərbi Azərbaycan torpaqlarında xaçlı hükumətinin bütövləşməsini düşünürdülər. Xoy şəhərini ələ keçirmək istəyən ermənilər şəhəri topa tutub qalanın bir hissəsini dağıdırlar. Bu vaxt fədailərdən bəziləri üz döndərib qaçır. O anda Balazər xanım adlı qorxmaz bir qız meydana çıxıb əldə tapanca ləçəyini açıb alnına bağlayaraq ucadan bağırır: "Siz qaçın, qoyun Balazər döyüşsün!" Balazər xanım o səngərdən bu səngərə qalxaraq Ermənilərə sarı güllə açıb yenə də uca səslə deyir: "Siz qaçın Balazər döyüşsün!".Bu sözlər, qanı damarda coşa gətirir və fədailər hayqıraraq bir daha səngərlərə sarı dönüb döyüşə girirlər və nəhayət Osmanlı qoşunu gələnə kimi qalanı qoruyub əldə saxlayırlar.

Balazər xanım adlı qəhramanın haqqında Xoy tarixinin yazarı Məhəmmədəmin Riyahi belə bir izah vermişdir: "O günlərin unudulmayan hərəkətlərindən biri Balazər xanımın şəhəri müdafiə edənləri səngərlərə geri qaytarmaqdır, çünki o bu işlə Xoy şəhərini kəsin düşməkdən qurtarır və qalıcı bir hadisə yaradır". Mənbə: {{https://1069- Turkoloji_Tarix_Tarixe_Xoy_Mehemmed_Emin_Riyahi_Fars_Ebced_Urmu_Turuz_2014}}

O gündən bəri Xoylu Balazər xanım, sinədən sinəyə, aşıqların sazına, anaların laylasına düşüb əbədi olaraq yaşayır. Pəhləvilər hakimiyyətə gəldikdən sonra azərbaycanlılara qarşı apardığı assimilyasiya siyasəti nəticəsində Cilolruq soyqırımı, azərbaycan türklərinin öz keçmişini və qəhrəmanlarının unutdurulmasına məqsədli siyasət həyata keçirilir. Bu baxımdan da müasir Azərbaycan tarixində unudulmuş qahramanlardan biri də Balazər xanımdır.Doğulub boya başa çatdığı doğma yurdunun düşmən əlinə keçməməsi üçün hünər göstərən qadının cəsarətini xalq unutmamış və onun şərəfinə mahnı bəstələmişdir. Lakin məqsədyönlü şəkildə mahnının sözləri dəyişdirilmişdir. Bugün mahnını oxuyanlar bunun fərqinə varmırlar.

"Ev oldu xəlvət Balazər xanım. Şəltəni tərpət Balazər xanım. Şeytana lənət Balazər xanım" və yaxud da "Şəltə geyirsən Balazər xanım. Yoldan edirsən Balazər xanım. Qaş-göz edirsən Balazər xanım" demək az qala belə qeyrətli türk qadınını əxlaqsız biri kimi təqdim etməkdən savayı bir iş deyil."Şəltə sözünün mənasına Azərbaycan Dilinin İzahlı lüğətində fikir verək: 1. isim Qadın alt tumanı, dizlik. 2. danışıq dilində Cır-cındır, yıpranmış, üzülmüş, köhnə-kürüş şeylər (xalça, palaz, geyim, parça və sairə). Otaq kasıb döşənmiş, dörd-beş şəltədən ibarət idi. A. Şaiq. 3. məcazi mənada Şəltəsi işləməmək (keçməmək) – kələyi baş tutmamaq, hiyləsi keçməmək. . . Dəni məqsədlilərin burada şəltəsi işləməz. Onlar zərərdən savay heç bir xeyir yetirə bilməzlər. Ü. Hacıbəyov.

Məlum məsələdir ki, kişilərin silahı qoyub qaçdığ bir anda ortaya atılıb belə bir şücaət göstərən bir qadın 3-cü mənaya tamamən uzaqdır. 1-ci və ya 2-ci mənada bu kəlməni işlətmək təhqirdən başqa bir şey deyil. Belə çıxır ki, bu qadın "evin xəlvət olmasını" gözləyir və əks cinsin nümayəndəsi "şəltəni tərpət", yəni "ya tumanı çək aşağı, ya da döşək sal" deyir. Yaxud mahnının digər sözlərinə nəzər salaq: "Əldə tapança Balazər xanım. Gəlləm dalınca Balazər xanım. Mənim olunca Balazər xanım". Yazıq qız əlinə silah alıb səngərə qaçır, düşmənə güllə atır və "siz qaçın Balazər döyüşsün" deyir və bu məqamda biri "gəlləm dalınca, mənim olunca" deyir. Bəllidir ki, xalq öz qəhraman qızı haqqında belə sözlər quraşdırmaz. Bunu məqsədyönlü şəkildə dəyişiblər. Amma bugün bu mahnını bu şəkildə oxumaq eyib deyilmi? Şairlər, aşıqlar, dilçi alimlər, tədqiqatçılar belə həssas məsələlərdə niyə susurlar?}}

https://youtu.be/iudpiS8ZyRQ

Balazər xanım mahnısı[redaktə | mənbəni redaktə et]

Bu mahnının şeiri və sözləri belədir :

  • Ağa malı çərqət bala zər xanım
  • Şəltəni tərpət bala zər xanım
  • “Əldə tapança bala zər xanım” ...
  • “Gəlləm dalınca bala zər xanım” ...
  • “Mənim olunca bala zər xanım”...
  • Şəltə geyibsən bala zəri xanım
  • Yoldan edirsən bala zər xanım
  • Düzün demirsən bala zər xanım
  • “Əldə tapança bala zər xanım” ...
  • “Gəlləm dalınca bala zər xanım” ...
  • “Mənim olunca bala zər xanım”...
  • Pətəkdə arı bala zər xanım
  • İçində balı bala zər xanım
  • Gəl mənə sarı bala zər xanım
  • “Əldə tapança bala zər xanım” ...
  • “Gəlləm dalınca bala zər xanım” ...
  • “Mənim olunca bala zər xanım”...
  • Şeytana lənət bala zər xanım
  • Şəltəni tərpət bala zər xanım
  • Xəlvətdə durma bala zər xan

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]