Balkaniya alban siyasətçi Adem Demaçinin 1993-cü ildə təklif etdiyi və bir neçə Balkan ölkəsini əhatə edən hipotetik dövlət.[1] Serb-alban konfliktinə alternativ kimi təklif olunan bu ideya Serbiya, Kosovo və Monteneqrodan ibarət konfederasiya olmalı idi.[2][3]
2006-cı ildə Monteneqronun, 2008-ci ildə Kosovonun müstəqilliklərini elan etməsindən sonra bu təklif də gələcəyi olmayan plan kimi tarixə qovuşdu.[1]