Ballerus sapa

Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür.

Poru
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Poru
Beynəlxalq elmi adı

Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır. Pulcuqları iridir. Uzunluğu 30 sm-ə, kütləsi 1 kq-a qədərdir. Cənubi Xəzər yarımnövü daha az hündür bədəni, daha uzun anal və bir qədər alçaq bel üzgəcləri ilə seçilir.[1]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Keçici balıqdır. Xəzərdə yaşayır, çoxalmaq üçün regionun bütün iri çaylarına (Kür, Səfıdrud Lənkəran, Terek və b.) girir. Poru balığına Cənubi Xəzərin bütün qərb sahili boyu təsadüf olunur. Poru həm bitki və həm də heyvan mənşəli yemlə qidalanır. Heyvan mənşəli qidalar balığın yemində üstünlük təşkil edir.[2]

Porunun çoxalmaq üçün çaylara girməsi qış vaxtına təsadüf edir. Bu balıqların əksəriyyəti kürü tökmək üçün, adətən qış aylarında suyun temperaturu 9–10 °C olduqda Kür çayına girir. Poru cinsi yetişkənliyə çox tez — erkəklər 2, dişilər isə 3 yaşında çatır. Cinsi yetişkənliyə çatmış poruların uzunluğu 17–41 sm, kütləsi 60–630 q olur. Erkəklər ölçülərinə görə dişilərdən xırda olur. Yapışqanlı kürülər substrata yapışır. Kürütökmə məhsuldarlığı 7,3–39,3 min arasında dəyişir.[3]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qiymətli vətəgə balığı olan poru çoxalmaq üçün Kür çayına gedən zaman ovlanır. Onun əti yağlı və dadlıdır. Ətindən təzə, duzlanmış və hisə verilmiş halda istifadə olunur. Hazırda ehtiyatlan kəskin azaldığına görə təcili olaraq əməli tədbirlər görülməsi vacibdir.[4]

Əvvəlki illərdə Kür çayında Bankə balıq vətəgəsində il ərzində 2.0 – 6.2 min sentner poru ovlanırdı. Hazırda ehtiyatı demək olar ki, tükənmişdir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

KürAraz çayları axınlarının tənzim olunması ilə əlaqədar çoxalma yerlərinin sıradan çıxması. Eləcə də porunun qidalandığı sahələr olan dənizin sahil zonasının sahəcə kiçilməsi, həmin ərazilərin mütəmadi olaraq çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Porunun zavod usulu ilə artırılmasının biotexniki normaları hazırlanmalı və süni artırılma tədbirləri həyata keçirilməlidir.

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, 2013, Bakı.
  2. Əbdurrəhmanov Y. Ə. Azərbaycan faunası. Balıqlar. Bakı, 1966, s.162–164.
  3. H. S. Abbasov, R. V. Hacıyev İxtiologiya. Bakı,2007, s.238
  4. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с. 248–255;
  5. Əbdurrəhmanov Y. Ə. Azərbaycan faunası. Balıqlar. Bakı, 1966, s.162–164.
  1. Əbdurrəhmanov Y. Ə. Azərbaycan faunası. Balıqlar. Bakı, 1966, s.162–164.
  2. H. S. Abbasov, R. V. Hacıyev İxtiologiya. Bakı,2007, s.238
  3. Əbdurrəhmanov Y. Ə. Azərbaycan faunası. Balıqlar. Bakı, 1966, s.162–164.
  4. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh65.