Balon teleskop

Balonla teleskop, sub-orbital astronomik teleskopdur. Bu teleskop Yer atmosferinin aşağı, sıx hissəsindən yuxarı qalxmağa imkan verən bir və ya daha çox stratosferik balonlardan asılır. Bu tip teleskoplar peyk teleskoplarına nisbətən çox az nüfuzetmə qabiliyyətinə malikdir, ancaq üstünlüyü daha az maliyə tələb etməsidir. Eyni zamanda atmosferin mane törətdiyi tezlik intervallarının müşahidəsinə imkan verir.[1]

Balon teleskopların çatışmayan cəhəti onun nisbətən aşağı hündürlüklərdə istifadə olunması və yalnız bir neçə gün uçuş müddətinə malik olmasıdır. Lakin onların maksimal hündürlüyü təxminən 50 kilometr ətrafında olub, 15 km-lik hündürlük limitinə malik olan Koyper Hava Rəsədxanasının və İnfraqırmızı Astronomiya üçün Stratosferik Rəsədxananın təyyarə əsaslı teleskopları kimi teleskopların hündürlük limitindən xeyli yüksəkdir [1][2]

Bir neçə balon teleskoplarda teleskopun zədələnməsinə və ya məhv olmasına səbəb olan qəzalar baş vermişdir.

Balon teleskopdan zeniti gizlədir, lakin çox uzun süspansiya bunu 2°-ə qədər azalda bilər. Teleskop stratosfer küləklərinin induksiyasından, həmçinin balonun yavaş fırlanmasından və kəfgir hərəkətindən izolə olunmalıdır. Azimut sabitlik maqnitometr vasitəsilə saxlanıla bilər, plus bir giroskop və ya daha qısa müddətli düzəlişlər üçün ulduz izindən istifadə oluna bilər. Üç ölçülü-azimut, hündürlük və çarpaz axından ibarət montajlama boru hərəkəti üzərində ən yaxşı nəzarəti təmin edir.[2]

Ad Aktivlik Təsviri və məqsədi
Stratoskop I 1957-59 12 düymlük polietilen balonuna bağlı teleskop.[3] Bu teleskop ilk astronomik balon teleskopdur.[4] O, Günəşin fotoşəkillərini çəkmiş, qranulların xüsusiyyətlərini göstərmişdir.1959-cu ildə təzədən televiziya ötürücüsü ilə uçmuşdur.[3]
Stratoskop II 1963-71 36 düymlük tandem balon sistemli teleskop.[3]
THISBE 1973-76 İnfraqırmızı teleskop OH hava qüvvəsi, zodial işıq və mərkəzi qalaktika regionu da daxil olmaqla genişlənmiş obyektlərin müşahidəsi üçün istifadə olunur.[5]
HIREGS 1991-98 Günəş batareyaları və qalaktik mənbələrdən gələn qamma şüalanmanı və ağır rentgen şüalarının emissiyalarını araşdırmaq üçün yüksək ayırdetməli spektrometr. Bu teleskopda bir sıra maye azotla soyudulmuş germanium detektorlarının istifadə edilmişdir.[6]
BOOMERanG

müşahidə

1997-2003 Antarktika üzərində uzun müddətli uçuşlarda aparılmış kriogen detektorları olan mikrodalğa teleskopu. Bu teleskop kosmik mikrodalğa arxa plan şüalanmasını tədqiq etmək üçün istifadə olunub.[7]
MAXIMA 1898-99 Kosmik mikrodalğa arxa plan şüalanmasını ölçmek üçün istifadə olunan bir xriyogenik qəbuledici ilə təchiz olunmuş mikrodalga teleskopu.[8]
HERO 2001-10 Güclü rentgen teleskopu 2001-ci ildə uğurla fəaliyyətə başlayıb, 2010-cu ildə qəzaya uğramışdır.[9]
BLAST 2003- 2 m aperturalı submillimetrlik teleskop. Üçüncu uçuşu zamanı məhv edilmişdir, ancaq 2010-cu ildə dördüncü uçuşu bərpa edilərək tamalanmışdır.[10]
İnFOCɲS 2004- 49 sm2 toplama sahəsinə malik güclü rentgen teleskopu.[11]
HEFT 2005 Güclü rentgen teleskopu, hansı ki grazing-incidence optikadan istifadə edir.[12]
Günəş doğuşu

(teleskop)

2009- Görüntü sabitləmə və Günəşin müşahidəsi üçün adaptiv optika ilə təchiz olunmuş 1 metirlik ultrabənövşəyi teleskop.[13]
PoGoLite 2011- Güclü rentgen şüalanmasını və zəif qamma şüalanmanı polyarlaşdıran teleskop.[14]
  1. 1 2 Kitchin, Christopher R. (2003). Astrophysical techniques (4th ed.). CRC Press. p. 83. ISBN 0-7503-0946-6.
  2. 1 2 Cheng, Jingquan (2009). The principles of astronomical telescope design. Astrophysics and space science library. 360. Springer. pp. 509–510. ISBN 0-387-88790-3.
  3. 1 2 3 Kidd, Stephen (September 17, 1964). "Astronomical ballooning: the Stratoscope program". New Scientist. 23 (409): 702–704. Retrieved 2011-02-28.
  4. Zimmerman, Robert (2010). The universe in a mirror: the saga of the Hubble Telescope and the visionaries who built it. Princeton University Press. p. 18. ISBN 0-691-14635-7.
  5. Hofmann, W.; Lemke, D.; Thum, C. (May 1977). "Surface brightness of the central region of the Milky Way at 2.4 and 3.4 microns". Astronomy and Astrophysics. 57 (1–2): 111–114. Bibcode:1977A&A....57..111H.
  6. Boggs, S. E.; et al. (October 2002). "Balloon flight test of pulse shape discrimination (PSD) electronics and background model performance on the HIREGS payload". Nuclear Instruments and Methods in Physics Research Section A. 491 (3): 390–401. Bibcode:2002NIMPA.491..390B. doi:10.1016/S0168-9002(02)01228-7.
  7. Masi, S. (2002). "The BOOMERanG experiment and the curvature of the universe". Progress in Particle and Nuclear Physics. 48 (1): 243–261. arXiv:astro-ph/0201137 . Bibcode:2002PrPNP..48..243M. doi:10.1016/S0146-6410(02)00131-X.
  8. Rabii, B.; et al. (July 2006). "MAXIMA: A balloon-borne cosmic microwave background anisotropy experiment". Review of Scientific Instruments. 77 (7): 071101. arXiv:astro-ph/0309414 . Bibcode:2006RScI...77g1101R. doi:10.1063/1.2219723.
  9. Malik, Tariq (April 29, 2010). "Huge NASA Science Balloon Crashes in Australian Outback". space.com. Retrieved 2011-02-28.
  10. Devlin, Mark. "Balloon-borne Large-Aperture Submillimeter Telescope: home page". blastexperiment. Retrieved 2011-02-28.
  11. Tueller, J.; et al. (2005). "InFOCμS hard X-ray imaging telescope". Experimental Astronomy. 20: 121–129. Bibcode:2005ExA....20..121T. doi:10.1007/s10686-006-9028-3.
  12. Chen, C. M. Hubert; et al. (September 2006). "In-flight Performance of the Balloon-borne High Energy Focusing Telescope". Bulletin of the American Astronomical Society. 38: 383. Bibcode:2006HEAD....9.1812C.
  13. Schmidt, W.; et al. (June 2010). "SUNRISE Impressions from a successful science flight". Astronomische Nachrichten. 331 (6): 601. Bibcode:2010AN....331..601S. doi:10.1002/asna.201011383.
  14. "PoGOLite: home page". Archived from the original on 2014-04-20. Retrieved 2015-06-11.