Bambuk meşəsi (Kioto)

Saqano bambuk meşəsi.

Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin?) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin?) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur.

Yerləşməsi[redaktə | mənbəni redaktə et]

Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır.[1] Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir.[2]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Meşənin sahəsi 16 km2 təşkil edir.[3] Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.[2]

Meşənin ortasından keçən cığır şəhərin görməli yerlərindən biridir və son illərdə tez-tez turist axınına məruz qalır. 2015-ci ilə qədər meşəyə daxil olmaq ödənişli idi. Meşədəki ağaclar bəzən turistlər tərəfindən vandalizmə məruz qalır, üzərilərinə ingiliscə, çincə və ya koreyaca yazılar yazırlar. Ağacları qorumaq üçün meşədə xəbərdarlıq nişanları quraşdırılmış və hasarların hündürlüyü artırılmışdır.[4]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sagano Bamboo Forest". Atlas Obscura (ingilis). 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  2. 1 2 Cripps, Karla. "Kyoto's Sagano Bamboo Forest, one of the world's prettiest groves". CNN (ingilis). 2014-08-12. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  3. Chibber, Kabir. "Sagano Bamboo Forest- The Kyoto Bamboo Groves". Kabducation (ingilis). 2020-11-14. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  4. Correspondent, Walter Sim. "Bamboo trees in Kyoto's iconic Arashiyama forest defaced by tourists". The Straits Times (ingilis). 2018-05-17. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]