Bana monastırı

Bana monastırı (gürcücə: ბანა) – Türkiyənin Ərzurum ilinin Şənqaya ilçəsinə bağl Penek kəndində olan monastırdır. Monastır əsas kilsə, kiçik kilsə, keşişlər üçün kilsə, qayaya oyulmuş hücrələr və başqa tinintilərdən ibarətdir. Bana monastırı Tao bölgəsinin yepiskopluq mərkəzlərindən biri olmuşdur. Bir fikrə görə, zamanla yepiskopluq ləğv edilmiş və sadəcə monastırın fəaliyyəti davam etmişdir.[1]

Bana monastırı
Xəritə
40°40′05″ şm. e. 42°16′11″ ş. u.HGYO
Ölkə
Yerləşir Ərzurum ili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bana Kafedralı

[redaktə | mənbəni redaktə et]

Monastırın əsas kilsəsi olan Bana kilsəsi və ya Bana Kafedralı əsas fikirlərə görə, VII əsrdə inşa edilmişdir. XI əsrə aid qaynağa görə, kafedral 881-923-cü illər arasında gürcü kralı IV Adarnase tərəfindən qüvvələri, tetrakonkhos struktur olaraq yenidən inşa edilmişdir. Bu tarixdən etibarən, gürcü Baqrationi sülaləsi tərəfindən Osmanlı dövrünə qədər kraliyyət kafedralı olaraq istifadə edilmişdir. XVI əsrdə öblgəni ələ keçirən Osmanlı bu qədim kafedralı Krım müharibəsi dövründə Osmanlı ordusu üçün qalaya çevirmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsi zamanında kompleksin böyük hissəsi dağılmışdır. Divar rəsmlərinin izlərində rast gəlinən kafedralın bir kitabəsinin olduğu, bu müharibə zamanı burada qərərgah quran rus ordusundan olan bi rgeneralın bu kitabəni apardığı deyilməkdədir.[2]

Monastırın kiçik kilsələrindən birinin də qübbəli tetrakonkhos struktur olduğu bilinməkdədir. 1907-ci ildə bölgəni gəzən gürcü tarixçi Ekvtime Takaişvilinin verdiyi bilgiyə görə, bu tarixdə kilsənin kiçik qübbəsi çökmüş, amma divarlarının bir qismi ayaqda qalmışdır. Kilsə zaman tamamən ortadan qalxmışdır.[3]

Mağara kilsəsi

[redaktə | mənbəni redaktə et]

Bana monastırı keşişlərinin inzivaya çəkildiyi qaya mağaraları monastırının keşişlər kilsəsi olan Mağara kilsəsi IX-X əsrdə inşa edilmiş tək nefli strukturdur. Kafedrakın cənub-şərqində - kənd məskunlaşmasının 700 metr şərqində yerləşir. Yazılı qaynaqlardan da bilinən kilsə bir qayadakı mağaraya söykənərək inşa edilmişdir. Strukturun inşasında ksəmə daşdan istifadə edilmişdir. Cənub tərəfindən iki ədəd pəncərəsi olan kilsənin qərb tərəfində bitişik dik dördkünc otaq vardır. Bu otaqdan qayaya oyulmuş nərdivanlarla üst mərtəbədəki otaqa çıxılır. Kilsənin qayaya oyulmuş ik ədəd su anbarı vardır. Kilsənin aşağısında divar qalıntıları qalmaqdadır. Kilsənin olduğu yeri kəndlilər “Otaqlar dərəsi” adlandırmaqdadır.[4][5][6]

  1. Marutyan, Tiran. Հայ Դասական Ճարտարապետության Ակունքներում (From the Sources of Classical Armenian Architecture) (erməni). Yerevan: Mughni Publishing. 2003. səh. 185. ISBN 99941-33-03-9.
  2. Rapp, Stephen H. (2003), Studies in Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts, p. 390. Peeters Publishers, ISBN 90-429-1318-5
  3. Abramishvili, G., Zakaraia, P., & Tsitsishvili, I (2000), ქართული ხუროთმოძღვრების ისტორია (History of Georgian Architecture), pp. 89-90. Tbilisi State University Press, ISBN 99928-56-52-1
  4. Бана Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine (Bana), in: «Православная энциклопедия», Т. 4, С. 298 (Orthodox Encyclopedia, Vol. 4, p. 298) [Online version]
  5. Marutyan, Tiran. «Բանակ» (Banak). Soviet Armenian Encyclopedia. vol. ii. Yerevan, Armenian SSR: Armenian Academy of Sciences, 1976, p. 269.
  6. Dorfmann-Lazarev, Igor, "The Apostolic Foundation Stone: the conception of Orthodoxy in the controversy between Photius of Constantinople and Isaac Surnamed Mŕut", p. 180; in: Louth, Andrew & Casiday, Augustine (ed., 2006), Byzantine Orthodoxies: Papers from the Thirty-Sixth Spring Symposium of Byzantine Studies, University of Durham, 23–25 March 2002. Ashgate Publishing, Ltd., ISBN 0-7546-5496-6