Banan respublika

Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir.[1] Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir.[2]

Banan respublikası: Amerikalı yazıçı: O. Henri (Vilyam Sidni Porter, 1862–1910).

Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur.[3] Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər.[3]

1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır.

  1. Richard Alan White. The Morass. United States Intervention in Central America. New York: Harper & Row. 1984. ISBN 978-0-06091145-4. İstifadə tarixi: 2016-05-14.
  2. "Big-business greed killing the banana" (ingilis). web.archive.org. 24 may 2008. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13.
  3. 1 2 Alison Acker, Honduras, The Making of a Banana Republic. Between the Lines, 1988.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]