Bandista (qrup)

Bandista2006-cı ildə İstanbulda yaradılmış protest musiqi qrupudur. Qurulduqdan sonra albomlarını internet vasitəsilə copyleft şəklində yayınlamış və qısa zaman ərzində məşhurlaşmışdır.

Bandista
Əsas məlumatlar
Üslub canqo
reqqi
bratç
ska
dab
afro-bit
Fəaliyyət illəri 2006—h.h.
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
www.tayfabandista.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə[redaktə | mənbəni redaktə et]

Qrup 2006-cı ildə İstanbulda yaradılıb. Mahnıları kollektiv əməklərinin nəticəsi olduğu üçün qrup üzvlərinin adları açıqlanmır, amma 7 üzv olduqları bəllidir. 2008-ci ildə Rock-A(lternativ) festivalında ilk göstərilərini etmişlər. 2009-cu ildə "Paşanın Başucu Şarkıları" və "De Te Fabula Narratur", 2010-cu ildə "Dikkat Askersiz Bölge" və "Şu Anda! Şimdi!" albomları yayınlandı. Bütün albomları öz internet saytlarında copyleft formasında pulsuz olaraq yayılmışdır. Bütün albomların endirmə keçidində "Ərmağandır. Çoxaldın! Yayın!" yazılıb.

Tərz[redaktə | mənbəni redaktə et]

Bandistanın musiqisi Django, Reggae, Ska, Dub, Bratsch, Afro-Beat və Anadolu musiqisi janrlarını özündə birləşdirir. Prostest üslubunda ifa edirlər. Öz bəstələri ilə yanaşı məşhur inqilab marş və mahnılarını da öz tərzlərinə uyğun şəkildə yenidən oxuyurlar.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • De Te Fabula Narratur (2009)
  • Paşanın Başucu Şarkıları (2009)
  • Şu Anda! Şimdi! (2010)
  • Dikkat Askersiz Bölge (2010)
  • Daima! (2011)
  • Sokak Meydan Gece (2012)
  • Sınırsız Ulussuz Sürgünsüz (2012)