Banicurilər — X əsrdə Əfqanıstanda Samanilər adına sərkərdəlik və valilik edən müsəlman soyu, sülaləsi.
Banicurilərin soyu Baktriyadan gəlir.Samanilərin vassalı idiər. Əbu Davudiər adıyla da bilinən bu xanədanın İran əsilli olduğu irəli sürülmüşsə də, adının sonundaki “cur”un Türkcədə rütbə və ünvan olaraq içləndiyi diqqətə alınırsa, Sîmcuriər kimi onların da Türk olduğu söylənə bilər. Banîcuriərin soy kötükləri və tarixləri haqqındakı bilgilər çox azdır. Xanədanın qurucusu Banîcurun Abbasî xəlifələri Əbu Cəfər əl-Mənsur və Mehdînin çağdaşı olduğu sanılır. Banîcurun oğlu Haşim (ö. 857-58), Yuxarı Ceyhun kənarında Vahş və Həlavərd dağlıq bölgələrinin hakimi idi. Ailənin mütləq olaraq bilinən ilk fərdi, Haşimin nəvəsi olan Davud ibn Abbasdır. Davud 847-ci ildən etibarən Bəlx valisi idi. Bəlx xaricindəki Nəvşad sarayı ilə şəhərdəki bəzi binaları o inşa etdirdi. Saffariərdən Yakub ibn Leys 872-ci ildə Bəlxi işğal etdiyi zaman bütün bu binalar xaraba qoyuldu. Davud Samaniərin idarəsindəki Səmərqəndə qaçdıysa da qısa bir müddət sonra Bəlxə geri döndü və orada öldü (873).
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |