Bankə apteki

Bankə aptekiAzərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir.[1][2]

Bankə apteki
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Şəhər Bankə qəsəbəsi, Neftçala rayonu
Açılma 1850
Dizayn və konstruksiya
Tanınır Aptek

XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür.[3] O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü.[3] Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb.[4]

Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü.[3] Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.[3]

  1. "Tarixi Bankə - balıqçılıqdan kasıbçılığa". www.bbc.com. BBC. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  2. Rzayev, Teymur. "С XIX века и до наших дней: Самая старая аптека Азербайджана – ВИДЕО". www.1news.az. www.1news.az. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  3. 1 2 3 4 "Ölkəmizdə ilk aptek 167 il bundan əvvəl Neftçalada yaradılıb". cenub.arbtv.az. cenub.arbtv.az. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  4. "Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var - VİDEO". news.milli.az. news.milli.az. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]