Bank of Baku

Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.

Bank of Baku (Tuqay Bank)
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Məhsulları Nağd Pul Krediti, KOS və mikrokreditlər, İşkart, Bolkart, Dostlar Klubu, DostBank
Təsis tarixi 14 fevral 1994
Baş qərargahın yeri
Rəhbərlik
Rəhbərlik Müşahidə Şurasının sədri
Elçin İsayev
İdarə Heyətinin Sədri
Filiz Yunus Emre
İdarə Heyəti Sədrinin Müavini Həsən Quliyev
İdarə Heyəti Sədrinin Müavini Ülvi Yusifov
bankofbaku.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bank of Baku - Baş İdarə

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb.[1] Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırılmışdır.[2]

"Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.

Xidmət şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.

Hal-hazırda Bank of Baku 20 filialı şəbəkəsi ilə Bakı və regionlarda müştərilərə xidmət göstərir.[3]

Müşahidə Şurasının sədri - Elçin İsayev[4]

İdarə Heyətinin Sədri - Filiz Yunus Emre

İdarə Heyəti Sədrinin Müavini - Həsən Quliyev

İdarə Heyəti Sədrinin Müavini - Ülvi Yusifov

  1. "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  2. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  3. "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  4. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.