Bank qarəti

Qarət əsnasında girovları və xəzinədarı girov götürmüş maskalı soyğunçu (1931).

Bank qarəti, xüsusən də bank işçiləri və müştərilərə qarşı güc, şiddət və ya zorakılıq tətbiq edərək və ya onları təhdid edərək bir bankdan pul oğurlamaq cinayətidir. Bu qatar, zirehli nəqliyyat vasitəsi və ya (tarixən) poçt arabası kimi bankın mülkiyyətində olan digər mülklərdən fərqli olaraq birbaşa bir bank filialının, bank xəzinəsinin və ya xəzinədarının qarətidir. ABŞ-də federal cinayətdir.

Federal Təhqiqat Bürosunun vahid cinayət hesabatı proqramına əsasən, soyğunçuluq “bir insanın və ya insanların kontrolundan və ya nəzarətindən hər hansısa dəyərli bir şeyi almaq və ya almağa cəhd etmək” kimi müəyyən edilmişdir. Bunun əksinə olaraq, oğurluq “hər hansısa binaya cinayət və ya oğurluq məqsədləri üçün qanuna zidd formada daxil olmaqdır”