Bank resursları — maliyyə resurslarının spesifik tərkib hissəsidir, bankda mövcud olan və onun kredit və digər aktiv əməliyyatların aparılması üçün istifadə etdiyi vəsaitlərin məcmusudur. Bank resurslarının strukturu bankların ixtisaslaşmasından asılıdır. Bank resurslarının formalaşması maliyyələşdirmə adlanır.
Bank resurslarının ümumiləşdirilmiş strukturu[1]:
Cəlb edilmiş resurslar kommersiya banklarının balansında 80%-ə qədərdir, ona görə də belə bankların maliyyə nəticələri əsasən onların cəlb edilmiş resursları nə dərəcədə səmərəli formalaşdırmasından asılıdır[2].