Bankda passiv əməliyyatları

Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır. Kommersiya banklarının resursları iki mənbədən ibarətdir. a) şəxsi (xüsusi) vəsaitlər;b) cəlb olunmuş vəsaitlər. Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyat və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər mənbələr daxildir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır. Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları almaq olar: 1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək, müddətli və s.) qəbulu, hüquqi şəxslərə hesablaşma, cari və digər hesabların açılması və aparılması; 2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər); 3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, vefsellər və s.)


Dünya bank təcrübəsinə əsasən cəlb olunmuş vəsaitlər toplanma üsuluna görə 2 qrupa bölünür – 1)depozit 2)depozitdən kənar vəsaitlərə bölünür. Banklar tərəfindən cəlb olunmuş vəsaitlər, depozitlər, onunla bağlı əməliyyatlar isə depozit əməliyyatları adlanır. Depozit – müəyyən məqsədlə və ya saxlanmaq üçün kredit təşkilatına verilən pul vəsaiti və qiymətli kağızlardır. Iqtisadi məzmununa və istifadə müddətlərinə görə depozitlər iki qrupa ayrılır: 1) Tələbolunanadək depozitlər 2)müddətli depozitlər Tələbolunanadək depozitlər onun sahibi tərəfindən bank hesablarına köçürülən və onun sahibinin ehtiyac yarandıqda tələb etdiyi depozit formasıdır. Müddətli depozitlər hesablara köçürülərkən müəyyən edilmiş müddət ərzində bank hesablarında saxlanılan vəsaitlərdir. Depozitlər sahiblərinin kateqoriyalarına görə 2 qrupa ayrılırlar: 1)fiziki şəxslər 2)hüquqi şəxslər. Bundan başqa depozitlər müddətinə görə bölünürlər: qısamüddətli-1 ilə qədər, ortamüddətli- 1 ildən 3 ilə qədər və uzunmüddətli 3 ildən artıq. Banklar tərəfindən pul vəsaitlərinin cəlb edilməsinin vasitələrindən biri də bank sertifikatlarının emissiyasıdır. Sertifikat emitent bankın benefisiar bankdan pul vəsaitlərinin alınmasını yazılı təsdiq edən sənəddir. Banklar tərəfindən pul vəsaitlərinin cəlb edilməsinin vasitələrindən digəri veksellərinin emissiyasdır. Veksel müəyyən şərtlərə riayət olunması ilə tərtib olunan, vekselsaxlayan şəxsə vekselverən şəxsdən vekseldə qeyd olunmuş məbləği müəyyən edilmiş müddətdə və yerdə almaq hüququ verən sənəddir İri banklar pul resurslarının cəlb edilməsinin səmərəli metodu, üsulu kimi səhm emissiyasından istifadə edirlər. Kommersiya bankları həm adlı səhmlərin,, həm də imtiyazlı səhmlərin emissiyasını həyata keçirirlər. Kommersiya bankları öz vəsaitlərini borc alınmış vəsaitlərlə tamamlayır. Borc alınmış vəsaitlər kommersiya banklarından alınmış ssudalar(1.Qısamüddətli banklararası kredit. 2.Ortamüddətli Banklararası kredit 3.Uzunmüddətli banklararası kreditlər), Mərkəzi Bankın verdiyi ssudalar (Lombard krediti; Overnayt krediti; Gündaxili kredit) və istiqraz buraxılışından daxil olan vəsaitlərdir.