Banya-Luka Beynəlxalq Hava Limanı

Banya-Luka (serb. Међународни аеродром Бања Лука, bosn. Međunarodni aerodrom Banja Luka) — Bosniya və Herseqovina ərazisində yerləşən beynəlxalq hava limanı. Hava limanı bəzən Maxovlyani Aeroportu adlanır. Bu cür adlanma onun yaxınlığında yerləşən kəndin adı ilə əlaqədardır. Hava limanı Bnya-Luka dəmir yol stansiyasından 18 km şimal-şərqdə yerləşir. Banya-Luka Bosniya və Herseqovinanın ikinci böyük şəhəridir. Üstəlik Serb Respublikasının paytaxtıdır.

Banya-Luka Beynəlxalq Aeroportu
Map

44°56′29″ şm. e. 17°17′51″ ş. u.


IATA: BNXICAO:

LQBK

Banya-Luka Beynəlxalq Aeroportu (Bosniya və Herseqovina)
Banya-Luka
Beynəlxalq Aeroportu
Məlumat
Hava limanı tipi ictimai
Ölkə
Açılış tarixi 1976
Operator Dövlət
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
Asfalt
Statistika (2014)
Sərnişinlər563 min. (2.010)[1]
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Banya-Luka Beynəlxalq hava limanının inşasına 1976-cı ildə başlanmışdır. O dövr üçün hava limanı yerli əhəmiyyətli bir aeroport olaraq inşa edilmişdir. Bu zaman limanı yerli uçuşları qəbul edirdi. Yuqoslaviyanın digər hava limanlarından bura uçuşlar təşkil edilirdi.

Deyton anlaşması ilə Banya-Luka faktiki olaraq Serb Respublikasının paytaxtına çevrilmişdir. Bundan sonra Banya-Luka hava limanı böyük əhəmiyyət və yeni vəzifə daşımasına səbəb olmuşdur. Banya-Luka Beynəlxalq Aeroportu mülki reyslərin qəbulu üçün 18 noyabr 1997-ci ildə açılmışdır.

1999 - 2003-cü illər ərzində Air Srpska şirkətinin əsas hava limanı olmuşdur. Bununla yanaşı Serb Respublikasının xarici ölkələrlə əsas əlaqə vasitəsinə çevrilmişdir. Bu şirkət dövlətin təşkilatlığı ilə təşkil edilmişdir. 2003-cü ildə Air Srpska öz fəaliyyətini dayandırmışdır. Bundan Sky Srpska şirkəti təşkil edilmişdir. Bu şirkətin əsas bazası Banya-Luka Beynəlxalq Aeroportu idi.

Hava limanın modernləşdirilməsinə 2002 və 2003-ci illərdə başlanılmışdır. Bu addımın əsas səbəbi 2003-cü ildə roma papası II İohan Pavelin Banya-Lukaya gəlməsi idi.

Banya-Luka Beynəlxalq Hava limanını «Aerodromi Republike Srpske» şirkəti idarə edir.

Avia əlaqə[redaktə | mənbəni redaktə et]

Müxtəlif vaxtlarda hava limanından Afina (Yunanıstan), Belqrad (Serbiya), Frankfurt (Almaniya), Zalsburq (Avstriya), Tivat (Monteneqro) və Vyana (Avstriya) istiqamətli uçuşlar gerçəkləşdirilmişdir. Adria Airways şirkəti bir başa Banya-Lukaya uçuş təşkil edən ikinci ölkədir. 2010-cu ilin iyulundan Lyubliyanadan Banya-Lukaya həftədə dörd reys təşkil edilir.

2007-ci ilin noyabrından 2009-cu ilin dekabrına qədər serb aviaşirkəti olan Jat Airways Belqraddan Banya-Lukaya uçuşlar təşkil edilirdi.

Aviaşirkətlər və hədəflər[redaktə | mənbəni redaktə et]

Mütəmadi reylslər[redaktə | mənbəni redaktə et]

Statistika[redaktə | mənbəni redaktə et]

Sərnişin dövrüyyəsi[2]

İl/ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl nəticəsi
2011 560 - - - - - - - - - - - 560
2010 - - - - - - - - 497 432 602 - 4.798


Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "EAD Basic". 2019-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  2. "Статистика по аэропортам Боснии и Герцеговины: Баня-Лука". 2010-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-16.