Bapbi (qevoq)

Bapisa və ya BapbiButanın Tximpxu dzonqxaqında keçmiş qevoq.

Qevoq
Bapisa
Ölkə  Butan
Dzonqxaq Tximpxu
Tarixi və coğrafiyası
Ləğv olunub bilinmir
Əvvəlki adı Bapbi
Sahəsi 27[1]
Mərkəzin hündürlüyü 3000 m
İqlimi Subtropik
Saat qurşağı UTC+6 , yayda UTC+7
Əhalisi
Rəsmi dili Dzonqxa dili

Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu.

Tximpxu, PuanakxaVanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi.[2] Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi.

Düyü qevoqun əsas qida mənbəyidir. Baharda cücərən buğda daha az populyardır. Qevoq sakinləri tərəvəz və düyüləri bazarda satmaq üçün yetişdirirlər. 2001-ci ildə ev təsərrüfatlarının 75%-dən çoxu elektrikləşdirilmiş və ölkədaxili boru kəmərinə bağlanmışdı.[1]

2001-ci il məlumatlarına əsasən, qevoq 21 kənddə yaşayan 268 ailədən ibarət idi. Qevoqun bir dənə orta məktəbi var. Bu təhsil müəssisəsində 800 şagird qeydiyyatdan keçmişdi.[1] Əhalisi Tximpxu, PuanakxaVanqdi-Pxodranq şəhərlərində tibb xidməti alırdı.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]