Baradin-Xunsdiker reaksiyası (Rus ədəbiyyatında Borodin reaksiyası və İngilis dilində Xunsdiker reaksiyası olaraq da bilinir), karbon turşularının gümüş duzlarının halogenlərlə reaksiyasıdır və nəticədə halogenləşdirilmiş karbohidrogenlər meydana gəlir.
Reaksiya ilk dəfə 1861-ci ildə A. P. Borodin tərəfindən kəşf edilmişdir. Reaksiya mexanizmi 1942-ci ildə K. Xunsdiker tərəfindən ətraflı öyrənilmişdir.
Xunsdiker reaksiyasının mexanizmi sərbəst radikalların əmələ gəlməsi mərhələlərini əhatə edir. Karbon turşunun 1 gümüş duzu, bromla tez bir zamanda reaksiya girir və aralıq 2 (asilhipobromit) əmələ gətirir, bu da O-Br rabitəsinin homolizi nəticəsində radikal cüt yaranır. Asetil radikalının dekarboksilləşdirilməsindən sonra radikal cüt 4 rekombinasiyası tələb olunan üzvi halogenid verir.5
анимация |