Barak Ata

Barak Ata - türk mifologiyasında it tanrı. İt Ata veya Köpek Ata (Köbek Ede) və Monqollarda Nokay Eçege olaraq da bilinər. Bəzi Monqol tayfaları itdən törədiklərine inanarlar. Barak sıravi bir it olmayıb müqəddəs sayılar. İt Ataya daha çox monqollarda rast gəlinir. Əfsanəvi köpək başlı insanlara da Barak adı verilər. Tarduşların ataları da Kurt və ya Barak başlı bir insandır. Avropa mənşəli Hun / Macar əfsanələrinə görə də Avropa hunları (Macarlar) Tazı Atadan törəmişlərdir. Macarlar itə Kutya deyirlər və bu adın türkcə / monqolca kut sözü ilə bənzərliyi diqqət çəkicidir. İnsan yaradılarkən insanın gözətçiliyini Tanrı bir itə vermiş, lakin o vəzifəsini düzgün etməyərək xəyanət etmişdir. Monqolların bəzi tayfaların və Kıtanların atası olaraq qəbul edilir. Bu səbəblə köpək qurban edirlər. Bir şahzadə ilə evlənən Köpək Atadan törədiklərinə inanan köhnə monqol qəbilələri vardır. Türk-monqol mədəniyyətində yarı insan, yarı heyvan olan varlıqlarda, üst tərəf insan alt tərəf heyvan şəklindədir. Amma başqa bəzi mədəniyyətlərdə isə tam tərsidir. Məsələn Misir mədəniyyətində alt tərəf insan, baş qisimi heyvan olan tanrılar vardır. Barak Ata bu baxımdan Türk mifologiyasındakı ümumi anlayışa tərs bir şəkildə iştirak edər. Eynilə Misir əfsanələrində olduğu kimi baş tərəfi itdir. Nağıllarda "köpük" kimi tərcümə edilən Köbek, Kübek adlı qəhrəmanın bu motivli əlaqədar olma ehtimalı yüksəkdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

  • Barak: (Bar / Var) kökündən törəmişdir. Əfsanəvi bir it növü.
  • Nokay: Monqol dilində köpək deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]


Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.